Toskananın Viareggio sahil şəhəri yaxınlığında ölü dəri tısbağası (Dermochelys coriacea) tapılıb.

QHT.az xəbər verir ki, bunlar yaşayan ən böyük tısbağalardır. Adətən tropik və subtropik dənizlərdə yaşayırlar.

Çəkisi 300 kq olan fərd dənizdə tapılıb, orada sualtı kabelə tutulub. Dalğıclar cəsədi çıxarıblar və kran onu sahilə çıxarıb. Hazırda onun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müayinə aparılır.

 

Pərvanə Fərhadqızı