Rusiya millisinin, həmçinin ÇSKA, Rostov, Alaniya və Bryansk "Dinamo"larının sabiq qapıçısı Veniamin Mandrikin 41 yaşında ürək tutmasından dünyasını dəyişib.

QHT.az xəbər verir ki, 2010-cu ildən yataq xəstəsi olan Veniamin qəza nəticəsində iflic olub. 2010-cu ilin payızında o, Porsche Cayenne ilə polisdən qaçaraq ağaca çırpılıb və öz səhlənkarlığının qurbanı olub. Mandrikin onurğa beynini zədələyib və əlil olub.

 

Pərvanə Fərhadqızı