Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universiteti (BDU) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilən “Mir Cəlalın insanlıq fəlsəfəsi” adlı beynəlxalq seminar keçirilib.
QHT.az Ednews-a istinadən xəbər verir ki, seminarda Milli Məclisin deputatları, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, BDU-nun müəllif heyəti, müxtəlif ölkələrdən qonaqlar iştirak edilər.
Seminardan sonra Kərkük Mədəniyyət Dərnəyi sədri Şəmsəddin Küzəci BAMF prezidenti Umud Mirzəyevə Fəxri diplom bağışlayıb.
“İraq Türkmən ədəbiyyatına və mədəniyyətinə xidmət etdiyinizdən dolayı, fəxri üzvlüyünüzü dərnəyimizə qəbul edirik” deyə Ş.Küzəci U.Mirzəyevə təşəkkür edib.
Oğuz












