“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün Yay Təcrübə Proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüşdə iştirakçılar üçün “Beynəlxalq tədbirlərdə könüllülərin düzgün seçimi və müsahibə prosesləri” mövzusunda təlim təşkil olunub. Təlim zamanı iştirakçıların ünsiyyət, problem həlletmə və komandada işləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə “sürətli müsahibə”, “rol paylanması” və “real situasiya simulyasiyası” kimi interaktiv oyunlar keçirilib.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.