Qarşıdakı illər üçün kifayət qədər sayda insanlı kosmos uçuşları planlaşdırıldığından, astronavtların sağlamlığına daha çox diqqət yetirmək lazımdır.

QHT.az xəbər verir ki, bunun səbəbi astronavtların kosmosda olarkən yüksək səviyyəli qalaktik kosmik şüalara (Yeri bombalayan enerjili hissəciklər), eləcə də çəkisizliyə məruz qalmasıdır.

Tədqiqat müəyyən etdi ki, erektil disfunksiya riski təkcə astronavtlar kosmosda olarkən deyil, həm də Yerə qayıtdıqdan sonra da uzun müddət davam edə bilər. Bu nəticələrə gəlmək üçün tədqiqatçılar erkək siçovullar üzərində simulyasiyalar aparıblar. Bu kosmosa uçuş faktorlarının hər ikisinin erektil disfunksiya ilə əlaqəli olduğunu aşkar etdilər. Kosmik uçuş, hətta uzun bir sağalma dövründən sonra belə, bu vəziyyətə səbəb olan damar toxumalarına təsir göstərə bilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, damar toxumalarında dəyişikliklər hətta kiçik dozalarda qalaktik kosmik şüalanmadan da baş verə bilər. Sıfır cazibə qüvvəsi və ya cazibə qüvvəsinin olmaması da az dərəcədə olsa da, buna kömək etdi. Çəkisizlik, əsasən, bədəndəki radikalların və antioksidanların balanssızlığı olaraq təyin olunan oksidləşdirici stress vasitəsilə dəyişikliklərə kömək etdi.

 

 

Pərvanə Fərhadqızı