Masallının məktəblərində Mart Soyqırımı ilə bağlı tədbirlər keçirilib
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Rayonun ümumtəhsil məktəblərində Mart Soyqırımının 105-ci ildönümü ilə bağlı mühazirələr oxunmuş, “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib, stendlər və guşələr hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, 31 Mart hadisələrinə həsr edilmiş şeirlər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirlər öncəsi soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə Mart soyqırımının səbəbləri və mahiyyəti, eləcə də erməni daşnaklarının Bakı və digər bölgələrdə törətdiyi dəhşətli vəhşilikləri barədə ətraflı məlumat verilib.
Akif AĞAYEV












