Bir müddət Romada xəstəxanada müalicə alan italyan aktrisa Gina Lollobrigidanın 95 yaşında vəfat etdiyi açıqlanıb.
QHT.az xəbər verir ki, 1950-60-cı illərdə iz qoymuş italyan aktrisa Gina Lollobrigida dünyasını dəyişib.
İtaliya mətbuatı aktrisanın bir müddət Romada xəstəxanada müalicə aldığını bildirib.
Rok Hudson, Frank Sinatra, Burt Lancaster, Tony Curtis və Humphrey Bogart kimi ulduz adlarla kamera qarşısına keçən Gina Lollobrigida 'Dünyanın ən gözəl qadını' və 'La Lollo' kimi də tanınırdı.












