BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
QHT.az xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Dərs vəsaiti İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə hazırlanıb. Müəlliflər sırasında tanınmış alimlər və praktiklər yer alıb. Kitab ictimaiyyətlə əlaqələr sahəsində strategiya, çağırışlar və yerli reallıqları əhatə edir.
Tədbirdə BDU rektoru Elçin Babayev, Milli Məclisin deputatları və tanınmış alimlər çıxış edərək, kitabın elm, təhsil və praktika üçün önəmindən danışıblar. Sonda dərs vəsaiti ilə bağlı videoçarx nümayiş olunub.












