Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblərdə maarifləndirmə tədbirləri davam edir.
QHT.az xəbər verir ki, Mingəçevirdə keçirilən tədbirdə layihənin məqsədi barədə məlumat verilib, şagirdlər üçün təhlükəsiz internet, zərərli vərdişlərdən qorunma, sağlamlıq və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər təşkil olunub.
Sonda şagirdlər yazılı test imtahanında iştirak ediblər.












