Misir, Almaniya və Avstriyanın birgə arxeoloji missiyası qazıntılar zamanı yaşı 5 min il olan qədim şərablı yüzlərlə küpə aşkar edib. Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
QHT.az xəbər verir ki, Abydosda mühüm kəşfin edildiyi bildirilir. Alimlər heç vaxt açılmamış yüzlərlə möhürlənmiş banka aşkar ediblər. Küplərdə şərab qalıqları tapılıb. Həmçinin qazıntılar zamanı buradan dəfn üçün mebel tapılıb.
Arxeoloqların fikrincə, küplər böyükdür və yaxşı qorunub saxlanılıb, şərab qalıqlarının isə təxminən 5000 il yaşı var.

Pərvanə Fərhadqızı












