Konstitusiya günü münasibətilə QHT.az-a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, müstəqil Azərbaycanın Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizə ən böyük töhfələrindən biridir.

Heydər Əliyev bu barədə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

S.Qurbanov onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Konstitusiya hüquqlarımızın təmin olunmasına ən böyük tövhədir.