Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin növbəti uğurlu layihəsi – Naxçıvan DOST Mərkəzi fəaliyyətə başlayıb.
İlk növbədə DOST Agentliyini, DOST mərkəzində çalışan hər bir əməkdaşı bu münasibətlə təbrik edirəm. Düşünürəm ki, DOST-un fəaliyyəti, xüsusilə əlilliyi olan şəxslərə diqqət, qayğı və dəyərin göstərilməsi, inklüzivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan şəhərində belə bir mərkəzin fəaliyyətə başlaması burada yaşayan əhali, xüsusilə əlilliyi olan şəxslər üçün yeni imkanlar yaradacaq. Bu mərkəz onların sosial həyata daha fəal inteqrasiyasına, potensiallarının və bacarıqlarının üzə çıxarılmasına mühüm dəstək verə bilər.
DOST mərkəzləri adından da göründüyü kimi, hər bir vətəndaşın dostudur. Xüsusilə əlilliyi olan şəxslərin sosial inteqrasiyasında, yaradıcılıq və bacarıqlarının inkişaf etdirilməsində DOST-un dəstəyi böyük əhəmiyyət daşıyır.
Ümid edirəm ki, gələcəkdə Naxçıvan DOST Mərkəzinin fəaliyyəti çərçivəsində də böyük potensiala malik, bacarıqlı və yaradıcı şəxslər üzə çıxacaq, onların uğurları ölkə ictimaiyyətinə təqdim olunacaq.
DOST mərkəzlərinin uğurlu fəaliyyətinin davamı olaraq Naxçıvan DOST Mərkəzinin də bu uğurlara qoşulacağına və qarşıdakı dövrdə mühüm nəticələr əldə edəcəyinə inanıram.
Bu, eyni zamanda dövlətin vətəndaşlara, xüsusilə əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Vətəndaşın yanında olan və vətəndaş məmnuniyyətinə xidmət edən bu prinsiplərin DOST mərkəzləri vasitəsilə uğurla həyata keçirilməsi təqdirəlayiqdir.
Əsas məqsədimiz vətəndaşların mövcud xidmətlərdən faydalanması, əlilliyi olan şəxslərin sosial inteqrasiyasının, yaradıcılıq və potensiallarının üzə çıxarılmasının dəstəklənməsidir. Bu istiqamətdə DOST mərkəzləri ilə əməkdaşlığın daha da genişləndirilməsi vacibdir.
Bütün DOST mərkəzlərinə, xüsusilə yeni fəaliyyətə başlayan Naxçıvan DOST Mərkəzinə uğurlar arzulayıram. İnanıram ki, Naxçıvan DOST qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq.
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri
Zülfiyyə Nuriyeva












