1 sentyabr 2026-cı il tarixində Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Güvən Xeyriyyə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Məktəbliyə dəstək” aksiyası keçirilib.
QHT.az xəbər verir ki, aksiya çərçivəsində 25 məktəbli ilə görüş keçirilib, yeni tədris ilinə hazırlıq, elmə, ixtisasa və peşəyə maraq barədə səmimi söhbətlər aparılıb. Məktəblilərə yeni tədris ili münasibətilə məktəb çantaları və tədris ləvazimatları hədiyyə edilib.

Aksiyanın təşəbbüskarı Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi, maliyyə dəstəkçisi isə Güvən Xeyriyyə İctimai Birliyidir.

“Məktəbliyə dəstək” aksiyasında Neftçala şəhərindən, Bankə və Xıllı qəsəbələrindən, Qədimkənd, Qaramanlı və Astanlı kəndlərindən olan məktəblilər iştirak ediblər. Aksiyaya Qaraman İcma (İnkişaf) Mərkəzi ev sahibliyi edib.