Uşaq Səfirlər Məclisinin Hacıqabul rayonu üzrə nümayəndələri Şirinova Aysu və Xanlarov Mirismayilin təşəbbüsü, Hacıqabul Rayon İcra Hakimiyyəti və Təhsil sektorunun dəstəyi ilə "Uşaqdan böyüyə" layihəsi çərçivəsində "Nəsillər körpüsü" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə rayonun ziyalı şəxsləri olan əməkdar müəllimlər iştirak etmiş, öz fikirlərini və tövsiyyələrini uşaqlarla bölüşmüşlər.