Dünyanın ən zəngin on adamı 2023-cü ilin əvvəlindən ümumilikdə 443,2 milyard dollar qazanıb.

QHT.az xəbər verir ki, İndeks reytinq iştirakçılarının səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Amerikalı iş adamı İlon Mask ilin əvvəlindən sərvəti 105 milyard dollar artaraq 242 milyard dollara çatan dünyanın ən varlı adamları siyahısına başçılıq edir. Reytinqin ikinci pilləsində ilin əvvəlindən 36,1 milyard dollar qazanan Fransanın lüks mallar istehsalçısı "Moet Hennessy - Louis Vuitton" şirkətinin sahibi Bernard Arnault qərarlaşıb. 

 

Pərvanə Fərhadqızı