“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında Qarabağ Universitetinin Böyük Qayıdış prosesində əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ Universitetində təhsil infrastrukturunun inkişafı məcburi köçkünlərin doğma yurdlarına qayıdışına mühüm dəstək verir:
"Yüksək keyfiyyətli təhsil imkanları və sosial-iqtisadi ehtiyaclara uyğun ixtisaslar həmin ailələr üçün cəlbediciliyi artırır, eyni zamanda regionun sosial-iqtisadi inkişafına töhfə verir. Hal- hazırda Qarabağ Universitetinin modern təhsil üsulu və beynəlxalq təcrübələrdən istifadə metodları, demək olar ki, tələbələrin keyfiyyətli təhsil almasını təmin edir. Bu, məcburi köçkün ailələri və onların övladları üçün də əlverişli təhsil şəraitinin yaradılması deməkdir.
Qarabağ Universitetinin tələbəsi olmağın özü, peşəkar sahədə qürurverici bir təcrübədir. Buradakı təhsil məcburi köçkün ailələrin övladlarının gələcəkdə ölkənin müxtəlif sahələrinə öz töhfələrini verməsinə imkan yaradacaq".
Esmira Rəhimova həmçinin bildirib ki, dövlətimizin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramları, təhsil infrastrukturunun inkişafı ilə birlikdə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmi etmək əsas prioritetlərindən biridir.
Pərvanə Fərhadqızı












