Mediasiya Şurası mediatorları tərəfindən Qərbi Kaspi Universiteti tələbələri üçün "Azərbaycanda mediasiya islahatları” mövzusunda maarifləndirici seminar təşkil olunub.
QHT.az Yenilik.az-a istinadən xəbər verir ki, görüşdə Qərbi Kaspi Universitetinin Auditoriyadan kənar şöbəsinin mütəxəssisi Elnurə Lətifova, Bakı 3 saylı mediasiya təşkilatının rəhbəri, ekspert təlimçi Paşa Səfərov, Bakı 17 saylı mediasiya təşkilatının rəhbəri, ekspert təlimçi vəkil Rəşad İbrahimov və tələbələr iştirak edib.
Görüş zamanı təlimçilər tərəfindən Azərbaycanda mediasiya anlayışı və fəaliyyətə başladığı tarixdən indiki zamanadək olan inkişafı, bu sahədə aparılan mediasiya islahatları barədə nəzəri məlumatlar verilmiş, daha sonra mediasiya sessiyasının əyani şəkildə təsviri üçün universitet tələbələrinin də iştirakçısı olduğu simulyasiya həyata keçirilmişdir.
Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.












