2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq.
QHT.az xəbər verir ki, bu məlumatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində açıqlayıb.
O, qeyd edib ki, bu dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edə biləcəklər.












