“İlin bitməsinə 1 ay qalsa da 2022-ci il Azərbaycanın xarici siyasətində əsas uğurların konturunu müəyyən eləmək olur.”
Bu fikirləri Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova bildirib.
Təşkilat sədri qeyd edib ki, bunlardan Türkiyə ilə müttəfiqliyi ən üst səviyyəyə gətirmək, İrana münasibətini aydın şəkildə və ən əsası cəsarətli şəkildə açıqlamaq, Avropa ilə enerji anlaşmasını siyasi üstünlüyə çevirmək, Qarabağla bağlı məsələdə şərtləri müəyyən edən tərəf olmağı və s. sadalaya bilərik. 2023 daha maraqlı və uğurlu olacaqdır.











