Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilə "Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək" ictimai birliyi 10.05.2023-cü il tarixdə,sosial problemləri olan uşaqlardan ibarət "Ulduz Futbol Klubu" təsis etdi.
Təsis olunan Klubun ilk bölməsi olmaqla,uşaq komandası özündə formalaşdıracaq.Təşkilatın sədri bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 12-13 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 12-13 yaşlılar arasında məşqləri olacaq, Uşaqlar "UlduzFutbol Klubu" adını layiqincə qorumaqdı. Klub hazırda münasib stadion axtarışına və digər yarışlara sponsor axtaracaq”.












