Qırmızı dənizdə kimyəvi tankerdə raketlə vurulduqdan sonra yanğın baş verib.
QHT.az xəbər verir ki, “Strinda” ticarət gəmisi Norveç bayrağı altında üzürdü. Yəməndə husilərin nəzarətində olan ərazidən atılan ən azı bir raketin vurulması yanğına səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Tanker Bab əl-Məndeb boğazından təxminən 111 kilometr şimalda hücuma məruz qalıb. Yaxınlıqda ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi olub və heyətə kömək edib.
Pərvanə Fərhadqızı












