Qızılın qiyməti sürətlə artaraq bütün zamanların ən yüksək səviyyəsini keçib və unsiyası 5400 dollardan yuxarı qalxıb.

QHT.az xəbər verir ki, analitiklər bunu qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənlik fonunda təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqələndirirlər. Artımda mərkəzi bankların və iri investorların qızıla marağının yüksəlməsi də mühüm rol oynayır. Digər qiymətli metallarda, o cümlədən gümüş və platində də rekord artımlar qeydə alınıb.

Ekspertlər qlobal risklər davam edərsə, qızılın yüksək qiymət səviyyəsini qoruyacağını bildirirlər.

 

R.İmanov