Rusiya Xarici İşlər Nazirliyi 4 avstriyalı diplomatın düşmənçilik və ədalətsiz addımlar ataraq iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi səbəbilə ölkədən çıxarılacağını açıqlayıb.
QHT.az xəbər verir ki, Rusiya ilə Avstriya arasında siyasi gərginlik artır. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada iki ölkə arasında düşmənçilik və ədalətsiz addımlar ataraq münasibətlərə xələl gətirəcəyi bildirilən 4 avstriyalı diplomatın Rusiyadan qovulacağı bildirilib. Nazirlik Avstriyanın Moskvadakı səfirini nazirliyə çağıraraq Avstriya səfirliyindəki 4 diplomatın persona non-qrata elan edildiyini bildirib. Diplomatlar fevralın 23-dək Rusiyanı tərk etməlidirlər.












