Rusiyanın Ukraynanın Kramatorsk şəhərində mənzilə hücumu nəticəsində ən azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, Rusiya Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını raketlə vurub.

Polisin verdiyi açıqlamada hücumda ən azı 3 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.

Dünən baş verən hadisədə bölgədə 8-dən çox binaya ziyan dəyib. 

Ötən ay Rusiyanın Dneprdə bir mənzili hədəf aldığı hücumda ən azı 44 nəfər həlak olub.