San Dieqo sahillərində Sakit Okeanın səthində tapılan sirli dərin dəniz balığı alimləri çaşdırıb.
QHT.az xəbər verir ki. Scripps Okeanoqrafiya İnstitutuna görə, 10 fut uzunluğundakı gümüş avar balığı La Jolla körfəzində aşkar edilib. İndiyə qədər Kaliforniya çimərliyində avarlı balıqların yalnız 20 dəfə sahilə çıxdığı bildirilir. Alimlər balığın ölüm səbəbini müəyyən etmək üçün yarılma aparmağı planlaşdırır.
Qeyd edək ki, avarlı balıqların zəlzələ və təbii fəlakətləri əvvəlcədən proqnozlaşdırdığına dair miflər olsa da, bununla bağlı heç bir elmi sübut yoxdur.
Pərvanə Fərhadqızı












