“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi sentyabrın 13-də Şamaxı şəhər Uşaq, Gənclər İnkişaf mərkəzində “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində konfrans keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirdə Şirvan Dövlət Uşaq, Gənclər İnkişaf mərkəzinin, Mərkəzi Kitabxananın, Garhan, Çuxuryurd, Meysəri, Şəhriyar, Kələxana, Şərədil, Adnalı, Sabir qəsəbəsi, Məlhəm, Dəmirçi kənd icra və bələdiyyə nümayəndəliyinin, Şamaxı şəhər təsərrüfat MMC-nin, İcra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Şamaxı şəhər Uşaq, Gənclər İnkişaf mərkəzinin direktoru Könül Fərmanova keçirilən bu konfransın iqlim dəyişmələri, bu dəyişikliyin Azərbaycana və Şamaxı rayonuna təsirləri mövzusunda olduğunu qeyd edib.

Təşkilatın sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Şamaxı şəhərinin Azərbaycanın dağlıq ərazidə yerləşməsini və ölkə üzrə daha az su ehtiyatlarına malik olan rayon olduğunu qeyd edib: “Şamaxı rayonun təsərrüfatları Pirsaat çayının təminatında olduğundan burada su problemləri daima olub. Buranın təsərrüfatları əsasən dəmyə olduğundan yağış suları vasitəsilə suvarılır. Lakin iqlim dəyişikliyi nəticəsində yağışların zamanı dəyişmiş və təsərrüfatların əkin sahələrinə lazım olan vaxtlarda deyil, daha çox suyun lazım olmadığı zamanlarda yağması nəticəsində təsərrüfatlara çoxlu zərərlərlə müşahidə olunur. Şəhəri gəzərkən son dövrlərdə yaşıllıqların salındığını və bu yaşıllığın iqlimdə kəskin dəyişiklilərin qarşısını almaqda əhəmiyyəti var. Şəhərdə mövcud yaşıllığın mühafizə olunması və su ehtiyatlarından qənaətlə istifadəsi hər birimizin vacib işidir. Bötövlükdə Şamaxı rayonunda yaşıllıq sahələri çox azdır çünki suvarma sistemi bütün ərazini əhatə etmədiyindən ağacların sulanması çətindir. Bu barədə nəşr olunmuş kitabçada olan iqlimdəki dəyişiklikləri əks etdirən dioqram və qrafiklərin elmi tədqiqat materiallarından götürülüb və sadələşdirilərək hamının oxuması üçün nəşr olunub”.

Sadiq Həsənov qlobal tem­pe­ra­tu­run art­ma­sı ilə müşa­yət olu­nan və özü ilə bir­lik­də çox­lu ətraf mühit də­yi­şik­lə­rinə sə­bəb olan ha­di­sə­lər, gə­lə­cək­də baş ve­rə bi­lə­cək tə­bii ha­di­sə­lə­rin mövcud və­ziy­yəti, mümkün proq­noz­la­rı barədə danışıb: “Bil­di­yi­miz ki­mi 1750-ci ildən sənaye dövrünün başlanğıc tarixi kimi başlayaraq sə­na­ye­nin in­ki­şa­fı ilə pa­ra­lel ola­raq at­mos­fer­də is­ti­lik ef­fek­ti ya­ra­dan qaz­la­rın art­ma­sı iq­lim­də bir çox də­yi­şik­li­yə sə­bəb olub. 1960-cı illərdən sonra isə temperaturun sürətli artımı baş verib. Pa­ra­lel ola­raq dünya əha­li­si­nin və Azərbaycanda əhali ar­tı­mı dünya­da olan me­şə və ya­şıl­lıq əra­zi­lə­ri­ni xey­li azal­mış­dır ki, bu ­da, at­mos­fer­də olan kar­bon qa­zı­nı (CO2) uda­raq əvə­zin­də bütün kai­na­tı ok­si­gen­lə tə­min edən ya­şıl­lıq əra­zi­lə­ri­nin də­fə­lər­lə azal­ma­sı­na sə­bəb ol­ub”.

Layihənin təlimçisi, Radiasiya Problemləri institutunun əməkdaşı, kimya elmləri üzrə doktoru, professor Hökmən Mahmudova bildirib ki, dünya üzrə təd­qi­qat­çı­lar tə­rə­fin­dən apa­rı­lan min­lər­lə araş­dır­ma Yer sət­hin­də, elə­cə də at­mos­fer və oke­an­lar­da tem­pe­ra­tu­run yüksəl­di­yi­ni qey­də alıb: “Qlo­bal iq­li­min bir çox di­gər as­pekt­lə­ri də də­yi­şir. Həd­din­dən ar­tıq yüksək tem­pe­ra­tur və güclü ya­ğın­tı ha­di­sə­lə­ri ar­tır, buz­laq­lar və qar örtüyü aza­lır, də­niz buz­la­rı ge­ri çə­ki­lir. Hətta Azərbaycanda sel hadisəsinin heç vaxt olmadığı Naftalan, Beləsuvar, Ağdaş və Göyçay kimi rayonlarda daşqın hadisələri baş verir.  Də­niz­lər is­ti­lə­şir, su səviyyəsi yüksə­lir, turşuluğun konsentrasiyası artır və daş­qın­lar da­ha tez-tez baş ve­rir. Ya­ğış­lı mövsümlər da­ha əvvəlki dövrlərlə müqayisədə uzun­dur və ey­ni za­man­da iri me­şə yan­ğın­la­rı da­ha tez-tez baş ve­rir. Bir çox növlər ye­ni yer­lə­rə köçür, bi­omüx­tə­lif­lik po­zu­lur və iq­lim də­yi­şik­li­yi­nin nə­ti­cə­si mühüm bio­lo­ji ha­di­sə­lə­rin mövsümi vax­tın­da də­yi­şik­lik­lərə səbəb olur”.

Professor in­san fəa­liy­yə­ti nə­ti­cə­sin­də ya­ra­nan is­ti­xa­na qaz­la­rı emis­si­ya­la­rı onil­lik­lər və hət­ta əsr­lər bo­yu Yer kürə­si­nin iq­li­mi­nə tə­sir göstər­mə­yə da­vam edə­cəyini də vurğulayıb: “İn­san­lar kar­bon qa­zı­nı tə­bii pro­ses­lər­lə atıl­dı­ğın­dan qat-qat yüksək sürət­lə at­mos­fe­rə əla­və edə­rək, at­mos­fer­də və oke­an­lar­da uzunömürlü qaz an­ba­rı ya­ra­dır bu da iq­li­mi da­ha is­ti və kəs­kin is­ti və­ziy­yə­tə gə­ti­rir. Şamaxı kimi qlobal istiləşmənin təsiri daha güclü olduğundan əhalinin adaptasiyası proqramları hazırlanmalı və həyata keçirilməlidir. Şamaxı regionuda iqlim dəyişikliyinə ən həssas bölgə olduğundan iqlimdəki dəyişiklik buralarda daha çox müşahidə olunur”.

S.Həsənov çıxışını davam edərək bildirdi ki, iq­lim də­yiş­mə­lə­rinin real nəticəsi elə bu günlərdə avqust və sentyabr aylarında kəskin istilərdən birdən-birə davamlı yağışlara keçidi nümunə kimi göstərib: “Dünən 40oC isti olduğu halda bir iki gün sonra temperatur 15 oC  dərəcəyə qədər azala bilir. Buda iqlimdəki dəyişikliyin ölkəyə və Şamaxı rayonuna təsirləri güclənir. ­Azər­bay­can­da son 100 il­də or­ta il­lik tem­pe­ra­tur­lar 0,4-1,30C-yə qə­dər artıb. Tem­pe­ra­tur ar­tı­mı re­gi­on­lar­dan ası­lı ola­raq qey­ri-bə­ra­bər pay­la­nır. Son 10 il­lik­lər­də Azər­bay­can əra­zi­sin­də ki­çik dağ çay­la­rın­da sel və daş­qın­la­rın sa­yı və gücü art­mış­dır. 2023-cü ilin sentyabr ayının 1-nə olan məlumata görə ölkədə 84 sel hadisəsi baş vermişdir hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmayıb. Dünyada son 100 il­də­ki kos­mik müşa­hi­də­lər göstər­di ki, tu­fan və çov­ğun­la­rın in­ten­siv­li­yi və tez­li­yi ar­tıb, is­ti külək­lər, qa­sır­ğa­lar və ya­ğın­tı­lar güclə­nib. Son aylarda yağışların intensiv olması avqust ayı və sentyabr aylarındada sel hadisələrinin davamlı olaraq artması müşahidə olunmuşdur. Ey­ni za­man­da sel və daş­qın ha­di­sə­lə­ri­nin sa­yı artmaqla yanaşı qar­şı­sıa­lın­maz fə­sad­la­ra səbəb olur”.

Tədbirdə iştirak edən Veysəlli kənd bələdiyyəsinin sədri Vüqar Manafov çıxış edərək bildirdi ki, iqlim dəyişmələrinin nəticəsində su qıtlığı bütün kəndlərdə və Veysəlli kəndindədə özünü göstərir: “Bu barədə hazırlanmış bu zəngin kitabçanın nəşr olunması bələdiyyə işçiləri üçün mühüm məlumat vasitəsi olacaq və biz burada toplanan akademik informasiya və elmi tədqiqatlardan istifadə edərək onları əhaliyə və sakinlərə deyəcəyik. Kitabçanın paylanması tədbirdə iştirak edən insanlarda iqlimdə baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq”.

V.Manafov layihədə iştirak edən alimlərə Xəzər dənizinin su səviyyəsinin azalmasının nədən baş verdiyini sordu. Sorğuya cavab olaraq H.Mahmudov qeyd edib ki, iqlim dəyişmələri nəticəsində Volqa, Terek və Ural çaylarında su səviyyəsi azalmış və əksinə dənizdə və çaylarda buxarlanma 10-15% həcmində artıb: “Kür çayı ümumiyyətlə Xəzər dənizinə çatmır və bəzi yerlərdə dəniz Kür çaylna daxil olmaqla içməli su ehtiyatlarını duzlaşdırıb əkin sahələrinə və mal-qaraya əhəmiyyətli ziyan verir. Qlobal istiləşmənin təsirləri Xəzər dənizində səviyyə azalması normal haldan 1,5 metr yüksəkdir və proses geridönməz hala gəlmişdir. Şamaxı rayonu və şəhər gələcəkdə iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün Dövlətin proqramlarına uyğun olaraq gərgin işləməli və onun zərərli təsirlərini yumşaltmağa çalışmalıdırlar.  İqlim dəyişmələri ilə bağlı apa­rıl­mış araş­dır­ma­lar və qiy­mət­lən­dir­mə­lər onun göstə­rir ki, dünya­da iq­lim də­yiş­mə­lə­ri ilə bağ­lı bir çox prob­lem­lərin və ya istixana qazların azaldılması üçün hər bir ölkənin öhdəlikləri müəyyən olunmuşdur və bir çox təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si plan­laş­dı­rı­lıb. Av­ro­pa Bir­li­yi ölkə­lə­ri 2030-cu il­də par­nik ef­fek­ti ya­ra­dan qaz­la­rın azal­dıl­ma­sı­nı 50% həcm­də, 2050-ci il­də isə sı­fır sə­viy­yə­sin­də azal­dıl­ma­sı­nı plan­laş­dı­rır. Bu cür öhdə­lik­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si iq­ti­sa­di cəhətdən sə­na­ye­də və nəq­liy­yat­da cid­di də­yi­şik­lə­rin he­sa­bı­na baş ver­di­yin­dən bu qı­sa icmal mə­lu­mat­lı kitabça ilə biz və­ziy­yə­tin nə qə­dər cid­di ol­ma­sı­nı İc­ti­ma­iy­yə­tə çat­dır­ma­ğı düşünürük. Bu sa­hə­də Azər­bay­can­ emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı  bir çox işlər görülür. Bu is­la­hat­lar ener­ji sek­to­run­da al­ter­na­tiv və bər­pa olu­nan ener­ji is­teh­sa­lı­na ke­çi­di sürət­lən­di­rə­cək və av­to­mo­bil nəq­liy­ya­tın­da cid­di tər­kib də­yiş­mə­lə­ri­nə sə­bəb ola­caq. Bu is­ti­qa­mət­də Azər­bay­can­da və Ba­kı şə­hə­rin­də nəq­liy­yatın idarəedilməsi inf­rastrük­tu­ru­nun ida­rəe­dil­mə­sin­də əhə­miy­yət­li tək­mil­ləş­dir­mə­lə­rin apa­rıl­ma­sı zə­ru­ri­dir. Dünya­da baş ve­rən qlo­bal is­ti­ləş­mə və ya­ra­nan fə­sad­la­rın ara­dan qal­dı­rıl­ma­sı üçün nəq­liy­ya­tın da­ha az tul­lan­tı ve­rən nəq­liy­yat va­si­tə­lə­ri­nə ke­çil­mə­si pro­ses­lə­ri bir çox ölkələrdə baş­lanıb”.

Tədbirdə mövzu ətrafında Şamaxı rayon Sabir qəsəbəsinin nümayəndəsi Ramiz Məmmədov bildirdi ki, onun anadan olduğu Quşçu kəndində 10-20 il əvvəl 11 metr quyu qazılırdı və hamı bu sudan geninə boluna istifadə edirdi: “İndi isə 11 metrdə quyu uçur və dağılır ona görə əhali quyunu 20 metr və daha çox qazır. Bu da onu göstərir ki, yeraltı su ehtiyatları getdikcə azalır”. Şəhriyar bələdiyyəsinn sədri Sabir Mikayılov çıxış edərək iqlimdə baş verən dəyişiklərə hazır olmaq üçün əhali nə etməlidir ki, daha az zərər olsun deyə layihə ekspertlərinə sualla müraciət etdi. S.Həsənov cavab verərək bildirdi ki, Azərbaycanın su ehtiyatları az olduğundan son dövrlərdə çoxlu artezian quyuları qazılıb və nəticədə yeraltı sularda azalma baş verib: “Bu barədə 2020-ci ilin iyul ayında Ölkə prezidentinin yanında keçirilən Su müşavirəsində rəsmi şəxslərin məlumatında qeyd olunur ki, ilkin olaraq artezian quyularında 1 dəqiqədə 42 litr su gəlirdisə indi bu 26 litr/dəq qədər azalıb. Bu da onu göstərir ki, təsərrüfatların suvarılmasında damçı su suvarma sistemi kimi metodlar tətbiq edilməli və evlərdə suya qənaət hamıya aşınlanmalıdır”.

Tədbirdə Bələdiyyə nümayəndələri maraqlı təkliflərlə çıxış etdilər. Tədbir canlı müzakirələr şəraitində keçdi. Müzakirədə mövzu ətrafında Şamaxı rayonunda görülməli işlər və əhalinin suya və elektrik enerjisinə qənaət etməsi tövsiyə olundu və  ictimaiyyət nümayəndələrinin və əhalinin iqlim dəyişmələri barədə biliklərinin artırılması, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.

 

 

Pərvanə Fərhadqızı