Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıblar.
QHT. qz bildirir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (ikisi kişi cinsli, biri qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.












