Bakı Dövlət Universiteti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək.

QHT.az xəbər verir ki, 26-29 iyul tarixlərini əhatə edəcək düşərgədə interaktiv təlimlər, maarifləndirici sessiyalar, asudə vaxtın əyləncəli keçməsi üçün komanda oyunları təşkil olunacaq.

Düşərgə Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində (TTİM) təşkil olunacaq.