"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, 2020-ci il 10 oktyabr tarixində etdiyi paylaşımı bu gün, 2024-cü il 10 oktyabrda yenidən yayımlayaraq şəhidlərimizə olan ehtiramını və ölkənin müdafiəsi üçün verdikləri qurbanları vurğulayıb. O, paylaşımında deyir:

Tünzalə Abduləlimova: "Mənə sual verirlər ki, heç peşman olmusanmı bu sözlərə görə? Mən indidə olsa deyərəm: Bu torpaq oğullar tərəfindən qorunmalıdır və qoruyublar. Cənnətə salam olsun şəhidim! Sizinlə bir ana kimi, bir bacı kimi, bir qadın kimi qürur duyuram."

Abduləlimova həmçinin, Prezident İlham Əliyevə müraciət edərək, şəhid analarının qətiyyətini və xalqın birliyini ifadə edir:

"Mən bir əsgər anası olaraq sizdən xahiş edirəm. Razıyam balamın şəhid olmasına. Mənim kimi ana və atalar çoxdur, az deyil. Amma bu müharibəni dayandırmayın. Bu millətin ruhunu sındırmayın, atəşkəsə getməyin. Vur deyin, bir Baş Komandan kimi bu millət sizin arxanızca gəlsin, necə ki, gəlir. Amma dayanmayın, imkan verməyin ki, şəhidlərimizin qanı yerdə qalsın. Bir Baş Komandan kimi İlham Əliyev, sizə inanırıq."

Bu açıqlama, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini yaşatmaqla yanaşı, onların ailələrinin bu gün də mübarizə ruhunu qoruyub saxladığını göstərir. Tünzalə Abduləlimova şəhid ailələrinin səsi olaraq, cəmiyyətin dəstəyinin vacibliyini bir daha vurğulayıb.