AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “ŞƏBƏKƏ” proqramının bağlanış mərasimi qeyd olunub. Layihə çərçivəsində 10 təşkilatın 10 layihəsinə resurs dəstəyi göstərilib və bunun nəticəsində 8 rayon/şəhərdə birbaşa yolla 275, dolayı yolla 500-dən çox gənc yararlanıb.
“Yeni Həyat Humanitar və Sosial Dayaq” İB-nın sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib ki, təşkilatımız adından Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına dəstəyə görə təşəkkür edirəm: “Layihəmiz kiçik olsa da uğurla həyata keçirərək, gənclərə töhfə verməyə çalışdıq”.
Qeyd edək ki, proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq idi.
Pərvanə Fərhadqızı












