"Sağlamlığa Xidmət" İctmai Birliyinin "Vərəm üzrə Stiqmanın Qiymətləndirilməsi" layihəsi Cəlilabad rayonunda icra olunur.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihəyə "Cəlilabad Mərkəzi Rayon Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elnur Azadxanova və Vərəm kabinetinin müdiri Elsevər Abbasova hərtərəfli köməklik göstərir.

Qeyd edək ki, “Sağlamlığa Xidmət” ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük prinsipləri əsasında 26 aprel 2010-cu ildə yaradılan, qeyri-hökümət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Birlik fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər  normativ-hüquqi aktlar və nizamnamə əsasında həyata keçirir.

 

 

Pərvanə Fərhadqızı