Resurs Mərkəzi vətəndaş cəmiyyəti təşkilatları və hüquq cəmiyyəti nümayəndələri üçün ödənişsiz xidmətlər göstərməyə davam edir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrini “Beynəlxalq insan hüquqları sistemi” mövzusuna dair təqdimatla tanış edib.
Tədbirdə həmçinin tələbələr BMT-nin insan hüquqları mexanizmlərinə dair təqdimatlar və insan hüquqları mövzusunda müxtəlif vəsaitlər əldə edib.
Resurs Mərkəzi BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı və Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində fəaliyyət göstərir.
Resurs mərkəzinin ödənişsiz məkan və resurslarındam faydalanmaq istəyən vətəndaş cəmiyyəti təşkilatları və hüquqşünaslar bizimlə əlaqə saxlaya bilərlər.
Əlaqə nömrəsi: +994 51 500 08 58
Email: [email protected]
Fotolar














