“WhatsApp” messencerinin “Google Play” platformasında mesajlarda mətnin formatlaşdırılması funksiyasının əlavə dəstəyi ilə yeni beta versiyası peyda olub. 

QHT.az xəbər verir ki, bu funksiya mesajı redaktə edərkən kontekst menyusu kimi həyata keçirilir. Formatlaşdırmadan istifadə edərək, istifadəçilər mətnin ayrı-ayrı hissələrinə sitat gətirə və onları nömrələnmiş və ya işarələnmiş siyahılar şəklində təşkil edə bilərlər. Bu funksiyaları aktivləşdirmək üçün xüsusi simvollardan istifadə etməlisiniz.

Əvvəllər oxşar funksiyalar daha bir məşhur messencerdə – Telegram-da təqdim edilmişdi.

Yeni formatlaşdırma funksiyasını yalnız Android üçün WhatsApp-ın 2.24.2.9 kod adlı beta versiyasında sınaqdan keçirə bilərsiniz. Bu versiya artıq bəzi ölkələrdə sınaq üçün yükləmək üçün əlçatandır. Bu funksiyanın yaxın vaxtlarda messencerin ictimai versiyasında görünəcəyi gözlənilir.

WhatsApp dünyada ən geniş yayılmış messencerdir, Mark Zukerberqin Meta Korporasiyasına məxsusdur. 2023-cü ilin sonuna bu xidmətin aylıq aktiv auditoriyası 2,7 milyard nəfəri ötüb.

 

Pərvanə Fərhadqızı