Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün çox əhəmiyyətli bir layihənin tətbiqinə start verir.

QHT.az xəbər verir ki, bu gündən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək. Bu bir Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. İştirak etmək istəyən şəxslər Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Hər səviyyə üzrə şagirdə müvafiq sertifikat veriləcək.

Qeyd edək ki, layihədə yalnız xaricdə yaşayan soydaşlarımız iştirak edə bilər.

Məktəb haqqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

http://anadili.agma.az

 

Pərvanə Fərhadqızı