Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

 

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

 

Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.