“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az -a açıqlamasında yeni tədris ili ilə bağlı valideynləri, müəllimləri və şagirdləri gözləyən yeniliklər barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların geniş tətbiqi və təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində atılan addımlar, təhsil sisteminin daim inkişafına şərait yaradır:
"Bu istiqamətdə dəyişikliklər, həm valideynləri, həm də müəllim və şagirdlərin yeni tədris ili ilə bağlı müəyyən gözləntilərinin olması ilə əlaqəli olur. Hər il yeni tədris proqramları və məzmunun yenilənməsi, bəzi fənlər üzrə tədris proqramların inkişafa görə dəyişdirilməsi baş verir. Bu yeniliklər təhsiln alanların düşünmə, analiz etmə və praktik biliklər əldə etmələrini təmin etməyə yönəlmişdir. Yeni tədris ilində peşə təhsili sahəsində də yeniliklər gözlənilir. Müəllimlər üçün əlavə təlim proqramları, peşəkar inkişaf kursları tətbiq olunacağı gözlənilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil imkanlarının artırılması və onların təhsil prosesinə tam inteqrasiyası ilə bağlı da dəyişikliklər də gözlənilir. Düşünürəm ki, bu, təhsil sistemindəki metodik dəyişikliklərin müəllimlər tərəfindən daha effektiv tətbiqini təmin etmək üçün vacibdir".
Pərvanə Fərhadqızı












