Vyana Tibb Universitetinin alimləri tədqiqat qrupunun bir hissəsi olaraq dəri xərçənginin diaqnostikasında istifadə oluna bilən proqram hazırlayıblar.
QHT.az xəbər verir ki, tətbiq süni intellektlə işləyir. Dəridəki mol və ləkələrin şəkillərini təhlil edərək, bu elementlərin xərçəng olub-olmadığını müəyyən etməyə çalışır. Tədqiqat qrupu tətbiqi iki dəri xərçəngi mərkəzində real həyatda olan klinik şəraitdə sınaqdan keçirib. Təcrübə zamanı proqram altı mindən çox fotoşəkili təhlil edib. Nəticələr göstərdi ki, təcrübəli dermatoloqlar dəri xərçənginin diaqnozunda yeni tətbiqdən daha dəqiq idi. Buna baxmayaraq, proqram təcrübəsiz bir həkimdən daha pis olmayan bədxassəli şişləri aşkar edə bildi. Alimlər qeyd ediblər ki, süni intellektə əsaslanan tətbiq xəstələri müayinə edərkən mütəxəssislərlə eyni alqoritmlə işləyir və düzgün diaqnostik qərarlar qəbul edir.
Tədqiqat müəllifləri proqramın ilkin diaqnostika vasitəsi kimi istifadə oluna biləcəyini təklif edirlər. Ancaq belə bir müayinənin nəticələri bir dermatoloq tərəfindən təsdiqlənməlidir.
Pəvanə Fərhadqızı












