Günəş küləyinin güclənməsi ilə əlaqədar Yer kürəsində maqnit qasırğası gözlənilir.

QHT.az xəbər verir ki, günəş küləyinin gücündə növbəti artımın noyabrın 7-dən axşam saatlarında baş verəcəyi və noyabrın 8-dək davam edəcəyi gözlənilir. Bununla əlaqədar noyabrın 7 və 8-də aktiv geomaqnit şəraiti dövrləri gözlənilir.

Qeyd edək ki, yaxın 3 gün ərzində günəş aktivliyinin aşağı olacağı, kiçik və orta miqyasda təcrid olunmuş hadisələrin baş verməsi ehtimalı gözlənilir.

 

 

Pərvanə Fərhadqızı