Xəbərlər 12.03.2024 17:21 2073

“Əhali arasında vahimə yaratmaq məqsədilə terrorçuluğa açıq çağırışlar...” – QHT sədri

Son zamanlar sosial şəbəkələrdəki feyk məlumatlar yayılıb. Saxta hesab vasitəsilə Kazanda sosial mediyada yayılan “Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbər” mətnində məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb.

Azərbaycanda bu cür manipulyasiya xarakterli məlumatların yayılması və saxta hesablar vasitəsilə dezinformasiya yaradılması ilə bağlı hansı hüquqi tənzimləmə və qanunvericilik mövcuddur?

QHT.az bu suala aydınlıq gətirmək üçün Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovdan açıqlama alıb. QHT sədrinin sözlərinə görə, saxta profillər vasitəsi ilə  paylaşımlar ("facebook", "twitter", "instagram" , “teleqram”və s.) " ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi daşıyır: “Cinayət Məcəlləsinin 214-cü maddəsində deyilir ki, terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir”.

Fariz Əkbərov həmçinin bildirib ki, terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda təzahür edən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir: “Terrorçuluqla mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyətinin, ictimaiyyətin də yaxından iştirakı və rolu danılmazdır”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı