Xəbərlər 14.03.2024 12:37 1223

DSMF əməkdaşları beynəlxalq vebinarda iştirak edib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə “Əməyin mühafizəsi və peşə sağlamlığı barəsində danışaq – multikultural komandaya nə vaxtsa rəhbərlik etmisinizmi?” mövzusunda vebinar keçirilib. 

DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda multikultural komandaların təşkilat və onun rəhbərləri üçün açdığı imkanlar və yaratdığı problemlər, işçi qüvvəsinin multikulturalizmdən faydalanma dərəcəsi müzakirə olunub. Həmçinin iş yerində əməyin mühafizəsi və peşə sağlamlığının təmin edilməsinin təsirləri, çətinlikləri, ünsiyyət dili ilə bağlı maneələrin aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı