Xəbərlər 01.04.2024 15:39 1356

İSA QARAYEV -“DƏRƏLƏYƏZİM”

(05 May 2023)
Mən səni gördüyüm vaxtları andım.
Dərdini cəkməkdən alışdım, yandım.
Bir anlıq özümü köksündə sandım.
Mənim ana yurdum, Dərələyəzim.

Yay gələndə qonaqların artardı
Yaylaq deyib, köksünə can atardı
Fərəhlənib bulaqların coşardı,
Qonaqlı- qaralı Dərələyəzim.

Yelpin, Heşin qapının astanası
Arpa, Her-Her sağ qanadım,sol qolum.
Həsən kəndi yol göstərən cüt yolum,
Horsuz, Ələyəzsiz Dərələyəzim.

Catıb gözəl Qovuşuqa qovuşduq,
Qalaseri qızılgülü soruşduq.
Şagirdlik illərin, anıb barışdıq.
Unudulmaz yurdum, Dərələyəzim.

Gülüdüz gözəldir, güllü düzüylə,
Gədikbəng özünün, sazı sözüylə,
Buz bulaqlarıyla, güllü düzüylə
Gözəl təbiətli Dərələyəzim.

Qaraqaya torpağına mən qurban.
Çölunə, düzünə, dağına qurban.
Gözəl yaylağına,suyuna qurban.
Mən Sənsiz qalmışam Dərələyəzim.

Qabaqlıda oxumağa həvəs var,
Kotanlıda müsiqiyə maraq var,
Qonşudurlar aralıqda istək var,
Musiqisiz qalan Dərələyəzim.

Zeytə baxır dağ döşündən yaralı,
Əzizbəyov qəlbi sınıq yaralı,
Sakinlərin düşüb Səndən aralı,
Kimlərə qalmısan Dərələyəzim.

Cermukun gülləri saralıb,solub.
Bu gözəl dağları duman-çən alıb,
Sisyanın həsrətdən rəngi saralıb,
Dumanlı çiskinli Dərələyəzim.

Bilsən darıxmışam, mən necə Sənsiz,
Ağlayır ürəyim səsiz- səmirsiz.
Qalmışam bax belə, Vətənsiz- elsiz,
Elim Vətənimsən Dərələyəzim.

Hayrapetlər, haykanuşlar bağırır,
Şənliksiz qalmısan qəlbin dağılır
Darıxıban doğmaları cağırır,
Doğmasız qalmısan Dərələyəzim.

İSA düşüb Səndən tamam aralı,
Dərdini cəkməkdən qəlbim yaralı,
Doğmaların gedib, qaldın dığalı
Govurlara qalan Dərələyəzim.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı