Xəbərlər 15.04.2024 16:06 2545

İqtisadçı ekspert yeni milli maliyyə sisteminin qurulmasının önəmindən danışdı

"Bu gün dünya təsərrüfat sistemində yaranan struktur böhranın başlıca amillərindən biri məhz dollar mərkəzli bir beynəlxalq iqtisadi sistemin qurulmasıdır. Formalaşmaqda olan yeni çağırışlar müəyyən siyasi və hərbi qeyri-sabitliklər investorlar tərəfindən dollara olan tələbin artmasıyla nəticələnir".

Bu sözləri iqtisadçı ekspert Aslan Əzimzadə QHT.az-a açıqlaması zamanı qeyd edib. Onun sözlərinə görə, müasir iqtisadi reallıqlar çərçivəsində bir tərəfdə böhranı yaradan başlıca səbəblərdən biri kimi dollar mərkəzli beynəlxalq iqtisadi idarəetmə sistemini, digər tərəfdə isə belə böhranlar kontekstində dolları əlində saxlayan investorları, görə bilirik: “Təbii ki, bu investorlar üçün çox risklidir, çünki biz düşünürük ki, uzunmüddətli dövrdə dollar mərkəzli dünya təsərrüfat sisteminin dayanıqlığı sual altında ola bilər və tamamilə yeni bir modelə keçid baş verə bilər. Belə olan halda təbii ki, dollara olan tələbin artması müəyyən mənada investorlar üçün yeni risklər doğura bilər”. 

Aslan Əzimzadə  həmçinin qeyd edib ki, ölkəmizdə isə bu istiqamətdə monetar siyasət, sözügedən reallıqlara adaptiv bir mexanizm formasında olmalıdır və düşünürəm ki, bu gün Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə kifayət qədər imkanları vardır: “Yalnız ənənəvi monetar doqmalar üzərindən hərəkət etməyərək yeni, milli, spesifik maliyyə sisteminin qurulması gələcəkdə yarana biləcək hər hansısa bir dollar xarakteristikalı böhrana qarşı ölkədə güclü iqtisadi immun sisteminin formalaşmasına gətirib çıxara bilər”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı