Xəbərlər 26.05.2025 09:25 227

"Əsgər Ailəsi Cəmiyəti" VTİB təqdim edir - FOTOLAR / VİDEO

"Əsgər Ailəsi Cəmiyəti" VTİB bu gün Abşeron rayon Mehdiabad 5 saylı məktəbdə Konstitusiya və Suverenlik ili, eyni zamanda Tarixi Zəfərin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə keçirilirdi. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini Gülnar Rəhimova Konstitusiya və Suverenlik ili ilə bağlı çıxış etdi, Abşeron rayonunda hər zaman qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərildiyini, rayon icra başçısı Abdin Fərzəliyevin hər zaman bu ailələrin yanında olub, onlara dəstək verməsindən danışdı, sonunda bu cür vətənpərvərlik əhvali-ruhiyyəli tədbirlərin vacibliyini vurğuladı.

Çıxış edən təşkilat rəhbəri Roza Əliqızı hərbi xidmətdə olduğu müharibə illərindəki xatirələrindən, müharibənin xalqımıza vurduğu acılardan və 30 il sonra qazanılan zəfərdən, tarixi zəfərin əhəmiyyətindən danışdı, sonunda isə üzünü salondakı məktəblilərə tutaraq, zəfər yaşadan Ali Baş Komandan və onun şanlı ordusuna alqışlar istədi.
Şəhid bacısı, müharibə iştirakçısı Səkinə Həmidova isə Cəbrayılda itkin düşən qardaşından və "Qadın və müharibə" mövzusunda söhbətlər açdı.

Tədbirdə şəhid ailələri və qazilər çıxış edərək müharibə və zəfər tarixindən danışdılar. Beləliklə, bədii və rəsmi hissə ilə keçən tədbir vətənpərvərlik əhvali-ruhiyyəsi ilə başa çatdı.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı