Xəbərlər 27.05.2025 20:21 116

Sumqayıtda IV kitab sərgisində Hüquq və İnsan Haqları İnstitutu fəal iştirak edib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu, Sumqayıtda keçirilən IV Kitab Sərgisində öz töhfəsini verib.

QHT.az xəbər verir ki, İnstitut, hüquqi maarifləndirmə istiqamətində mühüm təşəbbüslərini davam etdirərək, bu il də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən ənənəvi kitab sərgisində fəal iştirak edib.

Mayın 27-də Sumqayıt Dövlət Universitetində “Açıq qapı günü” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunmuş kitab sərgisində institut 11 adda 110 nəşri tədbir iştirakçılarına hədiyyə edib.

Sərgidə təqdim olunan nəşrlərin hüquqi biliklərin artırılmasına, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində ictimai maarifləndirməyə xidmət edəcəyi vurğulanıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı