Xəbərlər 27.05.2025 17:58 94

Sosial Xidmətlər Agentliyi tərəfindən tələbələr üçün növbəti karyera təlimi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən karyera günü ilə bağlı daha bir görüş təşkil edilib. 

 

Tərəflər arasında imzalanmış memoranduma əsasən Bakı Biznes Universitetində keçirilən tədbirdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri, xidmət kontingenti barədə məlumatlar verilib. 

Bildirilib ki, bu fəaliyyətin həyata keçirilməsində ixtisaslı kadrlara həmişə ehtiyac var və “Sosial iş”, “Psixologiya” ixtisasları da bu baxımdan çox əhəmiyyətlidir. 

 

Görüş iştirakçılarına Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar, bu istiqamətdə araşdırmanın vacib mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib. 

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı