Xəbərlər 27.05.2025 20:55 114

Şəhidimiz Hüseyn Dadaşzadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Dadaşzadə 27 may 1996-cı ildə Ağsuda anadan olub.

QHT.az xəbər verir ki, 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb və 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 5 noyabr tarixində Daşaltı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Hüseyn Dadaşzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı