Xəbərlər 27.05.2025 17:41 97

Ərdoğan Laçın Hava Limanının açılışında iştirak edəcək

"Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci il mayın 28-də Müstəqillik Gününü qeyd etmək üçün Azərbaycana səfər edəcək".

 

QHT. az Qaynarinfo az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun X sosial media hesabında yazıb.

O, bildirib ki, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur:

"Bundan əlavə, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə "Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı"nın 2-ci Toplantısı keçiriləcək. Səfər zamanı prezidentimiz Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəniyyət tədbirini keçirəcək".

 

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı