Xəbərlər 26.05.2025 09:55 125

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 23 may 2025-ci il tarixində Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını keçirib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı layihə rəhbəri Namiq Nəcəfov bildirib. Onun sözlərinə görə, 23 may 2025-ci il tarixində Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı keçirilmişdir. Təqdimata məktəbin 16 nəfər ibtidai sinif müəllimi qatılmışdır. Pedaqoji heyət təqdimat üçün xüsusi çap olunmuş rol up, A3, A4 və A5 formatlarında stolüstü daşıyıcılarda loqolu, təsvirli məlumat lövhələri, masa üzərinə düzülmüş yol hərəkətinin təhlükəsizliyi mövzusunda müxtəlif vəsaitlər və kitabçalarla, o cümlədən “Diqqət, uşaqlar yoldadır”, “Yol hərəkətinin təhlükəsizliyinə dair piyadalar üçün yaddaş kitabçası”, “Yol hərəkəti təhlükəsizlik qaydalarının əlifbası”, “Uşaq hüquqları” rəngli foto-albomu ilə tanış olmuşlar.

“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı saat 13:00-da başlamışdır. Layihənin rəhbəri N. Nəcəfov tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin cəmiyyətdə rolunun inkişafı sahəsində gördüyü məqsədyönlü və səmərəli işindən danışmışdır. O, ictimai fəallığın inkişafına, cəmiyyət üçün aktual olan məsələlərin həllinə yönəlmiş hər il təşkil olunan qrant müsabiqələrindən bəhs etmişdir. Layihənin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulamışdır. Daha sonra layihə rəhbəri pedaqoji kollektivin üzvlərinin suallarını cavablandırmış, layihənin mövzusu ətrafında müəllimlərlə fikir mübadiləsi aparmış və təkliflərini dinləmişdir.

Layihənin təqdimatı ərzində “Oriqami” İctimai Birliyi foto və video çəkiliş təşkil etmişdir. 255 nömrəli tam orta məktəbdə təşkil olunmuş təqdimat barədə media qurumlarına məlumat göndərilmişdir.

Maştağa qəsəbəsində “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icrası müddətində yol polisi əməkdaşlarının iştirakı ilə seminarların təşkili, praktik məşğələlərin rollu, situativ oyunların və digər maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı