23 dekabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai müzakirə keçirib.
QHT.az xəbər verir ki, ictimai müzakirədə Elm və Təhsil Nazirliyi, Xarici İşlər nazirliyi, Sosial Xidmətlər Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.
Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətininin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır. Azərbaycanda dövlət- vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli qeyri-hökumət təşkilatları və dövlət orqanlarına bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.
Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov, Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Xarici işlər nazirliyinin idarə rəisi Aysel Yaqubova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin department müdiri Natiq Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Yaqut Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Kamran Ağamaliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Gülşən Paşayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Toğrul Turabov və qeyri-hökumət təşkilatları rəhbərləri ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğuladılar, qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndirdilər.
İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.












