Südabə Məmmədova Gəncə 1 saylı mediasiya təşkilatında mediatorlar öz peşəsinə məsuliyyətlə yanaşaraq öz bilik və bacarıqlarının daim inkişaf etdirirlər.
Medisiya haqqında qanun qəbul edildikdən indiyə qədər vətəndaşlar mediasiyanın tərəflər üçün daha çox faydalı olduğunun şahidi olurlar. Son zamanlar boşanmaların sayının azalmağa doğru getməsi də elə mediasiyanın cəmiyyət üçün faydalarının bariz nümunəsi ola bilər. Belə ki, Gəncə 1 saylı Mediasiya Təşkilatında Mediasiya prosesləri Könüllük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya prosesinə müdaxilənin yolverilməaliyi və konfesidiallıq prinsipləri əsasında həyata keçirilir.
Mediasiya zamanı tərəflər öz maraqlarına və ehtiyaclarına ən uyğun gələn həll yolunu tapırlar. Yəni, məhkəmədən fərqli olaraq, mediasiya zamanı mübahisənin nəticələri deyil, mübahisənin əsl səbəbi aradan qaldırılmağa çalışılır. Peşəkar qaydada mediasiya aparan şəxslərin, yəni, mediatorların da stilləri və apardıqları mediasiya prosesləri də birbirindən çox fərqlənə bilər. Bir mediator heç bir zaman təklif, fikir və ya rəy bildirməyə bilər. Digər mediator isə işin hüquqi qiymətləndirilməsini apara, rəy bildirə və ya təklif verə, prosesi əsasən bunun üzərində qura bilər. Fikrimcə, mediasiya deyildikdə, Mövlana Cəlaləddin Ruminin qeyd etdiyi kimi tərəflərin kimin doğru, kimin yanlış olduğundan uzaqlaşdırıb, bir-birlərini anlamağa (qarşı tərəflə razılaşıb-razılaşmamaqdan asılı olmayaraq) və maraqlara uyğun barışıq imkanları axtarmağa yönələn bir proses nəzərdə tutulur. Bu prosesi aparan şəxs isə tərəflərdən müstəqil və qərəzsiz olmalıdır.
Mübahisələr ictimai münasibətlərin tərkib hissəsidir. Mübahisə adətən tərəflərin eyni bir məsələ ilə bağlı ziddiyyətli maraqlara malik olduqlarına inandıqda yaranır.
İctimai münasibətlər qəlizləşdikcə, mübahisələrin də qəlizliyi və yaranma səbəbləri artmaqdadır. Mübahisələr yalnız tərəflər arasında baş vermir. Onlar hər zaman müəyyən kontekstdə, mədəniyyətdə və mühitdə baş verir, fərqli icmaların daxilində olur, müəyyən qrupun içindəki ictimai, iqtisadi və siyasi güclərlə əhatə olunur, müəyyən vaxtda və tarixdə baş verir. Peşəkar mediatorlar şalışırlar ki, yaranan mübühisələrin alternativ həll yol yollarını tərəflər özü müəyyən etsin. Gəncə 1 saylı mediasiya təşkilatında mediatorlar öz peşəsinə məsuliyyətlə yanaşaraq öz bilik və bacarıqlarının daim inkişaf etdirirlər.












